Haqqımızda

Azərbaycanda badminton idman növünün yaranma tarixi 1957-ci ilə təsadüf edir. Beləki Sovetlər Birliyinin paytaxtı Moskva şəhərində 1957-ci ildə dünya gənclər və tələbələrin festivalında Badminton idman növü ilə tanışlıq olmuşdur. Festivalda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olmuş və badmintonun Azərbaycana əsasını qoymuşdur.

1962-ci ildə ilk Bakı, 1963-cü ildə ilk Azərbaycan cempionatı keçirilmişdir. Azərbaycan Badminton Federasiyası (ABF) -1964-cü ildə yaranmış, 1996-cı ildə yenidən təsis edilmişdir.
1997-ci ildən Dünya Badminton Federasiyasının (DBF) və Avropa Badminton Federasiyasının (BEC) üzvüdür.
1962-ci ildə badminton üzrə ilk bakı çempionu Lado Mehdiyev olmuşdur.
1969-cu ildə badminton üzrə ilk İdman Ustası Qardaşxan Adiyev olmuşdur.
1969-cu ildə badminton üzrə ilk əməkdar məşqçisi Nazim Əliyev, 1979-ci ildə isə onun davamçısı Lado Mehdiyev olmuşdur.
1969-cu ildə Klaypeda şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində Qardaşxan Adiyev və Valentina Tsyupa komandanın tərkibində çempion olmuşdular.
1976-cı ildə Belarusiyanın Magilyov şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində Mirzə Orucov mütləq çempion olmuşdur.
1981-cı ildə Moskvada şəhərində keçirilən SSRİ “Spartak” cəmiyyətinin mərkəzi şurasının yarışlarında komandanın tərkibində çempion olmuşdular.
1997-ci ildə keçirilən İslam Ölkələri Qadınlarının İdman Oyunlarında Nərgiz Mehdiyeva bürünc medal qazanmışdır.
2002-2005-ci illərdə İran İslam Respublikasında keçirilən ənənəvi Beynəlxalq Fəcr turnirində Nəgiz Mehdiyeva şəxsi yarışlarda çempion və mükafatçı, qoşa kateqoriyada isə Sevinc Axundova ilə birgə dəfələrlə çempion və mükafatçı olmuşdur.
2010-cu ildə İran İslam Respublikasında keçirilən “A” kateqoriyalı ənənəvi Beynəlxalq Fəcr turnirində Kənan Rzayev və Orxan Qələndarov cütlüyü bürünc medal qazanmışdır.
1996-cı ildən 2015-ci ilə qədər Kamal Abdullayev Azərbaycan Badminton Federasiyasının prezidenti olmuşdur.
2015-ci ilin İyun ayında Bakıda ilk dəfə keçirilən Avropa Oyunlarında badminton növü üzrə Azərbaycanı baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında Kənan Rzayev və Orxan Qələndarov təmsil etmişlər.
2015-ci ilin İyun ayında Mikayıl Cabbarov Badminton Federasiyasının prezidenti seçilmişdir.