"YONEX Lithuanian International 2018" turnirinə start verilib

"YONEX Lithuanian International 2018" turnirinə start verilib
7 İyun 2018 г.
Bu gün Litvanın Kaunas şəhərində keçirilən "YONEX Lithuanian International 2018" turnirinə start verilib. Təmsilçilərimizdən Cahid Əlhəsənov danimarkalı Mads Juel Mollerə 0:2 (9-21,15-21) hesabı ilə uduzub. Murad Bayramov zədə səbəbindən belçikalı Sander De Dekkerlə görüşü yarıda dayandırmalı olub. Səbuhi Hüseynov Estoniya təmsilçisi Karl Kertə 0:2 (19-21,15-21) hesabı ilə uduzub. Daha bir badmintonçumuz Ezmi Qovimuramadhoni də təsnifat mərhələsində mübarizəni dayandırıb. Badmintonçunmnuz rusiyalı Şokzod Qulomzoda ya 0:2(16-21,13-21) hesabı ilə məğlub olub. Bu gün həmçinin qoşa yarışlarda da mübarizəyə start verilib. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü şotlandiyalı Adam Prinql - Kiar Prinql tandeminə 2:0 (21-19,23-21) hesabı ilə qalib gəlib. Məlumat üçün bildirək ki, Edi Reski Dviçayo 1/16 finalda danimarkalı Rasmus Messerşmidtlə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt