"YONEX Latvia International 2018" turnirində rəqiblərimiz məlum oldu

"YONEX Latvia International 2018" turnirində rəqiblərimiz məlum oldu
24 May 2018 г.
Badminton üzrə milli komandamızın üzvləri 31 may - 3 iyun tarixlərində Latviyanın Yelqava şəhərində keçiriləcək "YONEX Latvia International 2018" beynəlxalq turnirində iştirak edəcək. Komandamız turnirdə geniş tərkiblə çıxış edəcək. Artıq mübarizəyə təsnifat mərhələsindən qoşulacaq badmintonçularımızın rəqibləri məlumdur. Təmsilçilərimizdən Səbuhi Hüseynov ingiltərəli Adam Lamla qarşılaşacaq. Digər idmançımız Cahid Əlhəsənov isə ilk mərhələdə Estoniya təmsilçisi Hans-Kristian Pilve ilə üz-üzə gələcək. Püşkatmanın nəticələrinə əsasən, Murad Bayramova Danimarka təmsilçisi Kay Syanq Lu, Ezmi Qovimuradhoniyə isə norveçli Yorgen Roselund rəqib olub. Badmintonçumuz Edi Reski Dviçayo isə ilk mərhələdə isveçli Henri Hurskaynen ilə görüşəcək.
Xəbərlər siyahısına qayıt