Yeniyetmələr arasında 2017-ci ilin Ümumukrayna turniri

Yeniyetmələr arasında 2017-ci ilin Ümumukrayna turniri
18 Aprel 2017 г.

12 - 15 aprel 2017-ci il tarixlərində Ukraynanın Nikolayev şəhərində badminton üzrə yeniyetmələr arasında Ümumukrayna turniri baş tutub. Ukrayna, Moldova və Azərbaycan badmintonçuları iştirak edən turnir 5 kateqoriya üzrə yarışları əhatə edib: şəxsi oğlanlar, şəxsi qızlar, qoşa oğlanlar, qoşa qızlar və qarışıq qoşa kateqoriyaları. Turnirdə ölkəmizi 11 nəfərdən ibarət komanda təmsil edib. Azərbaycan idmançıları şəxsi kişilər və qoşa kişilər kateqoriyaları üzrə yarışıblar. Niftəliyev Rəvan şəxsi kişilər kateqoriyasında Ukrayna idmançısına qalib gələrək 3-cü yer tutdu və qoşa oğlanlar kateqoriyasında Qabilov Aqillə birgə Moldova və Ukrayna qoşasına qalib gələrək bürünc medala sahib oldular.

Xəbərlər siyahısına qayıt