Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə iştirak edir

Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə iştirak edir
12 Aprel 2018 г.
Bu gün Ukraynanın Nikolayev şəhərində badminton üzrə yeniyetmələr arasında beynəlxalq turnirə start verilib. Ukraynalı məşqçi Kosençukun xatirəsinə həsr olunan turnirdə Ukrayna, Azərbaycan, Latviya və Moldovanı təmsil edən badmintonçular mübarizə aparırlar. 60-dan çox iştirakçının qatıldığı yarışda ölkəmiz 3-ü qız, 7-i oğlan olmaqla, 10 badmintonçu ilə təmsil olunur.
Xəbərlər siyahısına qayıt