Veteran badmintonçumuz Avropa çempionatında çıxış edib

Veteran badmintonçumuz Avropa çempionatında çıxış edib
27 Sentyabr 2018 г.
Veteran badmintonçumuz Mirzə Orucov İspaniyanın Quadalaxara şəhərində keçirilən veteran badmintonçuların Avropa çempionatında iştirak edib. Mübarizəyə 1/32 finaldan qoşulan Mirzə Orucov bu mərhələdə Yaroslav Osiepa ilə qarşılaşıb. Görüş badmintonçumuzun 2:0 (21-17,21-16) hesablı qələbəsi ilə başa çatıb. Mirzə Orucov 1/16 finalda almaniyalı Klaus Buşbeklə qarşılaşıb. Almaniya təmsilçisi Orucovu 2:0 (21-19,21-14) hesabı ilə məğlub edib. Veteran badmintonçuların Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt