Universitetlər arası çempionata start verilir

Universitetlər arası çempionata start verilir
9 Dekabr 2017 г.

Dekabrın 16-ı 2017/2018 mövsümü üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin komandaları arasında çempionata start veriləcək.
Dairəvi sistem üzrə keçiriləcək turnirdə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq. İştirakçı komandalar: Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət iqtisad Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetidir. 
Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən yarışa 2018-ci ilin aprelində yekun vurulacaq.
Ümumi mükafat fondu 6000 manat olan yarışın qalibi, 29 may – 3 iyun tarixlərində Polşada keçiriləcək "2018 European Club Champions" turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Xəbərlər siyahısına qayıt