"Təhsil" Respublika İdman Mərkəzinin açıq birincliyinin qalibləri müəyyənləşib

"Təhsil" Respublika İdman Mərkəzinin açıq birincliyinin qalibləri müəyyənləşib
23 Yanvar 2019 г.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş badminton üzrə 2002-2004-cü il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında (komanda və şəxsi) "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Badminton Federasiyasının dəstəyi ilə keçirilən yarışda ümumilikdə 7 komanda olmaqla, 100-ə yaxın iştirakçı çıxış edib. Oğlanların şəxsi yarışında Aqil Qəbilov 1-ci, Zaur İsazadə 2-ci, Rəvan Niftəliyev isə 3-cü yer tutub. Qızların şəxsi mübarizəsində Nigar Əliyeva 1-ci, Aysu Səfərova və Elnurə Cəfərova isə 2-ci,3-cü yerləri bölüşüblər. Qoşa oğlanların yarışında Aqil Qəbilov – Rəvan Niftəliyev cütü bu kateqoriya üzrə ilk yeri tutub. Vaqif İsmayılov – Zaur İsazadə və Cavanşir Kişiyev – Rəvan Rüstəmov tandemi isə müvafiq olaraq, yarışı ikinci və üçüncü sırada tamamlayıblar. Qoşa qızların yarışında Nigar Əliyeva – Nərmin Şərifova qalib olub. Xavər Bayramova – Fidan Salmanova ikinci, Gülnur Babayeva – Aysu Səfərova isə üçüncü yeri tutub. Qarışıq – qoşa yarışlarında Aqil Qəbilov – Elnurə Cəfərova turniri ilk sırada bitirib. İkinci, üçüncü yerlərə isə müvafiq olaraq, Rəvan Niftəliyev – Nigar Əliyeva, Zaur İsazadə - Nərmin Şərifova layiq görülüb. Komanda yarışında ilk iki pilləni 2 nömrəli RİOEUGİM-nin 1-ci və 2-ci komandaları tutub. Gəncə U.G.İ.M. komandası isə yarışı üçüncü sırada başa vurub. Şəxsi və komanda yarışlarında 1-3-cü yerləri qazanmış idmançılar müvafiq dərəcəli diplom, kubok və medallarla təltif olunublar.
Xəbərlər siyahısına qayıt