Rio olimpiadasının iştirakçısı Bakıda hazırlıq keçir

Rio olimpiadasının iştirakçısı Bakıda hazırlıq keçir
24 Dekabr 2017 г.
Azərbaycan Badminton Federasiyasının dəvəti ilə Bakıya gələn Ukrayna millisinin üzvü, Rio olimpiadasının iştirakçısı Artyom Poçtaryov Azərbaycan Texniki Universitetinin İdman Sarayında badmintonçularımızla birgə hazırlıq keçir. Məqsəd milli üzvlərinin ustalıq səviyyəsini artırmaq, dekabrda Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq turnirin reytinq favoriti sayılan Artyomun təcrübəsindən faydalanmaqdır.
Xəbərlər siyahısına qayıt