Respublika birinciliyinin qalibləri müəyyənləşdi

Respublika birinciliyinin qalibləri müəyyənləşdi
27 Fevral 2018 г.
Bu gün Nizami rayonunda yerləşən 12 nömrəli tam orta məktəbdə badminton üzrə 2008 - 2011 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi keçirilib. Yarışda 15-i qız, 18-i oğlan olmaqla, ümumilikdə 33 uşaq medallar uğrunda mübarizə aparıb. İlyas Bayramovun baş hakimliyi, Cavanşir Əlizadənin katibliyi ilə keçirilən birincilikdə qızlar və oğlanlar həm şəxsi, həm də qoşa yarışlarda qalibləri müəyyən ediblər. Turnir çərçivəsində eyni zamanda, qarışıq cütlərdə də qaliblərin adlarına aydınlıq gəlib. Siyahını təqdim edirik: Şəxsi oğlanlar: 1.Ülvi Hüseynov, 2.Emil Akçurin, 3. Murad İbrahimli. Şəxsi qızlar: 1. Aysel Rzayeva, 2. Sübhanə Məmmədova, 3. Nərmin Hüseynova. Qoşa oğlanlar: 1. Ülvi Hüseynov - Aslan Novruzov, 2. Məhəmməd Yolçuyev - Murad İbrahimli, 3. Emil Akçurin - Yusif Hüseynov. Qoşa qızlar: 1. Aysel Rzayev - Sübhanə Məmmədova, 2. Pəri Zeynallı - Zəhra Rüstəmova, 3. Nəzrin Ağamuradova - Ləman İsmayılova. Qarışıq cütlər: 1. Ülvi Hüseynov - Dəniz Əzimova, 2. Emil Akçurin - Əminə İsmayılova, 3. Məhəmməd Yolçuyev - Aysel Rzazadə. Yarışın qalibləri Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar. Bundan əlavə, mükafatçılara raketka və volan da paylanılıb.
Xəbərlər siyahısına qayıt