Karvinada Azərbaycan dueli

Karvinada Azərbaycan dueli
15 Mart 2018 г.
Çex Respublikasının Karvina şəhərində badminton üzrə "KaBaL International Karviná 2018" beynəlxalq turnirə start verilib. Avropa Badminton Konfederasiyasının təqvim planında yer alan yarışın təsnifat mərhələsində iki təmsilçimiz üz-üzə gələcək. Rəqibi yarışa qatılmadığından texniki qələbə qazanan Murad Bayramov ilk görüşündə Lüksemburq təmsilçisi Yuno Toması asanlıqla məğlub edən Edi Reski Dviçayo ilə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt