İlk turun açılış oyununun məkanı və saatı açıqlandı

İlk turun açılış oyununun məkanı və saatı açıqlandı
14 Dekabr 2017 г.
Dekabrın 15-i 2017/2018 mövsümü üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin komandaları arasında çempionata start veriləcək. İlk turun açılış oyunu Azərbaycan Tibb Universitetinin idman zalında keçiriləcək. Ev sahibi ATU-nun rəqibi Azərbaycan Dövlət İqtisad Universiteti olacaq. Saat 16:00-da başlayacaq görüşün baş hakimi Ürfan Rzayev olacaq. Protokol hakim İlyas Bayramov, ABF nümayəndəsi Zaur Bayramovdur.
Xəbərlər siyahısına qayıt