Ezmi qrup mərhələsində son oyununu keçirib

Ezmi qrup mərhələsində son oyununu keçirib
26 İyun 2019 г.
Badmintonçumuz Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində kişilərin şəxsi yarışında "G" qrupunda son oyununu keçirib.İlk iki turda qələbə qazanmaqla 1/8 finala vəsiqəni təmin edən Ezmi üçüncü turda turnirin reytinqinə görə 7-ci ən güclü badmintonçusu sayılan Rusiya təmsilçisi Vladimir Malkovla qarşılaşıb. Bamdintonçumuz rəqibinə 0:2 (7-21,11-21) hesabı ilə uduzub. Bu gün Bakı vaxtı ilə saat 22:00-da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.Badmintonçumuz 1/8 final mərhələsi çərçivəsində növbəti görüşünü iyunun 27-də keçirəcək.
Xəbərlər siyahısına qayıt