Ezmi "Kenya International 2019" turnirində 3-cü oldu

Ezmi "Kenya International 2019" turnirində 3-cü oldu
2 Mart 2019 г.
Badmintonçumuz Ezmi Qovimuramadhoni Keniyanın paytaxtı Nairobi şəhərində keçirilən "Future" seriyalı "Kenya İnternational 2019" turnirində çıxış edib.Yarışın reytinq favoritlərindən sayılan Ezmi 1/16 finalda Əlcəzair badmintonçusu Sifeddin Larbaouiyə 2:0 (21-11,21-13) hesabı ilə qalib gəlib. Ezmi növbəti mərhələdə hindistanlı Saçin Çandra Şekara üzərində 2:0 (21-13,21-13) hesablı qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Nigeriya idmançısı Qodvin Olofuanı 2:0 (21-13,21-17) məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi Qovimuramadhoni 1/2 finalda Hindistan təmsilçisi Aman Farog Sanjaya 0:2 (15:21,16:21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt