Ezmi "International Challenge" seriyalı turnirin əsas mərhələsində!

Ezmi "International Challenge" seriyalı turnirin əsas mərhələsində!
29 Avqust 2018 г.
Bu gün Ukraynanın Xarkov şəhərində badminton üzrə "RSL Kharkiv International 2018" turnirinə start verilib. Təsnifat mərhələsinin ilk turundan azad olan Ezmi Qovimuramadhoni ikinci turda ukraynalı Artyom Tkaçuk üzərində 2:0 (21-6, 21-11) hesablı qələbə qazanıb. Badmintonçumuz əsas mərhələyə yüksəlmək uğrunda növbəti görüşünü Estoniya təmsilçisi Karl Kertə qarşı keçirib. Rəqibini 2:0 (21-19, 21-17) hesabı ilə məğlub edən Ezmi yarışın 1/32 finalına yüksəlib. Təmsilçimizin bu mərhələdə rəqibi polşalı Mateuz Svierzinski olacaq. Reytinqi yüksək olduğundan turnirə birbaşa əsas mərhələdən qoşulacaq Edi Reski Dviçayo isə ilk görüşünü polşalı Mixal Roqalskiyə qarşı keçirəcək. Edi - Ezmi tandemi qoşa yarışlarda İsrail təmsilçiləri Şay Geffen - Yonatan Levit cütü ilə üz-üzə gələcək. Medallar uğrunda 35 ölkədən 202 idmançının yarışdığı "RSL Kharkiv International 2018" turnirinə sentyabrın 2-də yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt