Ezmi II Avropa Oyunlarında 1/8 finala yüksəlib

Ezmi II Avropa Oyunlarında 1/8 finala yüksəlib
25 İyun 2019 г.
Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb. Ezmi ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq bu şərəfə nail olub. Xatırladaq ki,Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib. Ezminin bu mərhələdə son oyunu iyunun 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq.Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq. “Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparır.
Xəbərlər siyahısına qayıt