Ezmi II Avropa Oyunlarına qələbə ilə başladı

Ezmi II Avropa Oyunlarına qələbə ilə başladı
24 İyun 2019 г.
Badmintonçumuz Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.Kişilərin şəxsi yarışında "G" qrupunda mübarizə aparan Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.Ezmi qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Görüşün Bakı vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır.
Xəbərlər siyahısına qayıt