Edi və Ezmi üçün "Egypt International" sınağı

Edi və Ezmi üçün "Egypt International" sınağı
16 Oktyabr 2019 г.
Sabah Misirin Qahirə şəhərində "Egypt International 2019" turnirinə start veriləcək. Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni oktyabrın 18-də turnirdə ilk görüşünə çıxacaq.Badmintonçularımız kişilərin şəxsi yarışında iştirak edəcək.Turnirin 1 nömrəli reytinq favoriti Edi Reski Dviçayo 1/16 finalda Portuqaliya təmsilçisi Duarte Nuno Anje ilə qarşılaşacaq. Ezmi Qovimuramadhoni isə əsas mərhələnin ilk görüşündə İrlamdiya badmintonçusu Conatan Dolanla üz-üzə gələcək.Turnirə oktyabrın 20-də yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt