Edi və Ezmi reytinqdə irəlilədi

Edi və Ezmi reytinqdə irəlilədi
27 İyul 2018 г.
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Nigeriyada keçirilən "Lagos International 2018" turnirinin qoşa yarışlarında bürünc medal qazanan badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoninin uğurlu çıxışı reytinqdə xeyli irəliləmələrinə səbəb olub. Reytinqdə 33 pillə irəliləyən Edi Reski Dviçayo 180-ci sıraya yüksəlib.Badmintonçumuzun aktivində 8400 reytinq xalı var. Reytinqdə 43 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 2818 xalla 386-cı sırada qərarlaşıb. Edi və Ezmi badmintonçuların qoşa reytinqində də yüksəlişə nail olub. Qoşa reytinqdə 66 pillə irəliləyən badmintonçulamız 156-cı yerdədir.
Xəbərlər siyahısına qayıt