Edi "Turkey International 2018" turnirində bürünc medal qazandı

Edi "Turkey International 2018" turnirində bürünc medal qazandı
19 Dekabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Türkiyənin paytaxtı Ankara keçirilən "Turkey International 2018" turnirində çıxışını başa vurub. Təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 finalda yunanıstanlı İlias Xanzounu 2:0 (21-11,21-14) hesabı ilə məğlub edib. Edi növbəti mərhələdə Danimarka idmançısı Soren Hald üzərində 2:0 (21-10,21-8) hesablı qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Türkiyə təmsilçisi Məhəmməd Əli Kurta 2:0 (21-18,21-16) hesabı ilə qalib gəlib.Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Edi bu mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbaya 1:2 (21-16,10-21,17-21) hesabı ilə uduzub. Mübarizəyə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni ilk mərhələdə özbəkistanlı Artyom Savatyugini 2:0 (21-9,21-14) hesabı ilə məğlub edib. Ezmi 1/8 finalda İndoneziya badmintonçusu Kristian Adinataya 1:2 (21-14,11-21,6-21) hesabı ilə uduzub. Badmintonçularımız kişilərin qoşa yarışında 1/8 finalda Peter Briqqs - Qreqori Mayrs tandeminə 0:2 (15:21,11:21) hesabı ilə məğlub olub.
Xəbərlər siyahısına qayıt