Edi "RSL Kharkiv International 2019" turnirinin finalında!

Edi "RSL Kharkiv International 2019" turnirinin finalında!
7 Sentyabr 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirinin finalına yüksəlib.Edi bu gün keçirilən yarımfinal görüşündə İngiltərə idmançısı Tobi Penti üzərində inamlı qələbə qazanıb.Dviçayo rəqibini 2:0 (21-12,21-18) hesabı ilə məğlub edib.Edi finalda turnirin bir nömrəli reytinq favoriti hollandiyalı Mark Kaljou ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki,Mark Kaljou Dünya Badminton Federasiyasının reytinq cədvəlində 33-cü sıradadır.Kişilərin şəxsi kateqoriyasında final görüşü sabah keçiriləcək. "International Challenge" seriyalı turnirin qalibi 4000 reytinq xalı qazanacaq.
Xəbərlər siyahısına qayıt