Edi Reski Dviçayo "Austrian Open 2019" turnirində çıxış edib

Edi Reski Dviçayo "Austrian Open 2019" turnirində çıxış edib
22 Fevral 2019 г.
Avstriyanın paytaxtı Vyanada badminton üzrə "International Challenge" seriyalı "Austrian Open 2019" turniri keçirilir. Mübarizəyə 1/16 finaldan başlayan təmsilçimiz Edi Reski Dviçayo ilk görüşünü Belçika idmançısı Maksim Morelsə qarşı keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində oyun 3 set davam edib. İlk seti 21:15 hesabı ilə irəlidə bitirən Edi ikinci hissədə rəqibinə 18:21 hesabı ilə uduzub. Həlledici üçüncü setin sonunda belçikalı idmançı 24:22 hesablı üstünlük qazanmaqla növbəti mərhələyə yüksəlib.
Xəbərlər siyahısına qayıt