Edi "Lagos International Badminton Classics 2019" turnirində çıxış edib

Edi "Lagos International Badminton Classics 2019" turnirində çıxış edib
29 İyul 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Nigeriyanın Laqos şəhərində keçirilən "Lagos International Badminton Classics 2019" turnirində çıxış edib. Edi "International Challenge" seriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. Badmintonçumuz 1/16 finalda Slovakiya idmançısı Milan Dratvanı 2:0 (21-19,21-6) hesabı ilə məğlub edib. Dviçayo 1/8 finalda Kanada təmsilçisi Sankirs üzərində 2:0 (21-12,21-17) hesablı qələbə qazanıb. Edi 1/4 finalda turnirin 1 nömrəli reytinq favoriti İsrail badmitonçusu Mişa Zilbermanla qarşılaşıb. Dviçayo təcrübəli rəqibinə 0:2 (17-21,17-21) hesabı ilə uduzub. Turnirin ən güclü 8 idmançısı sırasına yüksələn Edi bu nəticə sayəsində aktivinə 2200 reytinq xalı yazdırıb.
Xəbərlər siyahısına qayıt