Edi "Hungarian International Championships" turnirində mübarizəni dayandırdı

Edi "Hungarian International Championships" turnirində mübarizəni dayandırdı
1 Noyabr 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "44th YONEX Hungarian International Championships 2019" turnirində iştirak edib. "International Challenge" seriyalı turnirə əsas mərhələdən qatılan Edi kişilərin şəxxsi yarışında 1/16 finalda Ukrayna badmintonçusu Danilo Bosnyukla qarşılaşıb. 3 set davam edən qarşılaşmanın yekununda Bosnyuk Edini 2:1 (23-21,18-21,21-13) hesabı ilə məğlub edib.Turnirə noyabrın 2-də yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt