Edi "BWF Tour Super 100" seriyalı turnirdə iştirak edib

Edi "BWF Tour Super 100" seriyalı turnirdə iştirak edib
16 Sentyabr 2019 г.
Vyetnamın Hoşimin şəhərində badminton üzrə "YONEX-SUNRISE Vietnam Open 2019" turnirinə yekun vurulub. "BWF Tour Super 100" seriyalı turnirdə badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında qüvvəsini sınayıb. Mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/32 finalda Çin badmintonçusu Ley Lan Xi ilə qarşılaşıb. Edi rəqibinə 0:2 (10-21,11-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt