Edi beynəlxalq turnirlərin əsas mərhələsində!

Edi beynəlxalq turnirlərin əsas mərhələsində!
3 Avqust 2018 г.
Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan turnirlərdə çıxışını davam etdirirlər. Badmintonçularımız cari ilin avqustunda iki beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Edi və Ezmi ilk olaraq 13-16 avqust tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Eurasia Bulgarian Open Championship" turnirinə qatılacaq. Reytinqi yüksək olan Edi Reski Dviçayo yarışa əsas, Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsindən başlayacaq. Ardınca badmintonçularımız Ukraynanın Xarkov şəhərində keçiriləcək "RSL Kharkiv International" turnirində ölkəmizi təmsil edəcək. 29 avqust - 2 sentyabr tarixlərində baş tutacaq yarışa Edi əsas, Ezmi isə təsnifat mərhələsindən start verəcək.
Xəbərlər siyahısına qayıt