Edi "Algeria International 2019" turnirində gümüş medal qazandı

Edi "Algeria International 2019" turnirində gümüş medal qazandı
28 Oktyabr 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Əlcəzairdə keçirilən "Algeria International 2019" (24-27 oktyabr) turnirində gümüş medal qazanıb. Turnirin reytinq favoritlərindən sayılan Edi 1/16 finalda hindistanlı Anant Şivam Jindalı 2:0 (21-19,21-14) hesabı ilə məğlub edib. Dviçayo növbəti mərhələdə yerli idmançı Yosef Sabri Medel üzərində 2:0 (21-9,21-13) hesablı qələbə qazanmaqla, 1/4 finala yüksəlib. Badmintonçumuz bu mərhələdə Türkiyə təmsilçisi Emre Laleyə 2:1 (21-9,19-21,21-6) hesabı ilə qalib gəlib.Edi yarımfinalda Mavriki badmintonçusu Corcs Julyen Paulu mübarizədən kənarlaşdırıb 2:0 (21-10,21-16). Edi finalda turnirin 1 nömrəli reytinq favoriti, Bakıda keçirilən ilk Avropa oyunlarının qalibi ispan Pablo Abiana 0:2 (8-21,6-21) hesabı ilə uduzub."International Series" katetoqriyalı yarışı ikinci sırada başa vuran Edi hesabına 2130 reytinq xalı yazdırıb.Digər badmintonçumuz Ezmi Qovimuramadhoninin 1/16 finalda rəqibi yarışa qatılmadığından badmintonçumuz mübarizəyə 1/8 finaldan qoşulub. Ezmi bu mərhələdə Fransa təmsilçisi,bir çox "International" seriyalı yarışların qalib və gümüş mükafatçısı Leo Rossiyə 0:2 (7-21,14-21) hesabı ilə məğlub olub.Badmintonçularımız Əlcəzairdə keçiriın beynəlxalq turnirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edib.
Xəbərlər siyahısına qayıt