Edi 1750 reytinq xalı qazandı

Edi 1750 reytinq xalı qazandı
24 Fevral 2020 г.
Badmintonçumuz Edi Reski Dviçayo Uqandanın Kampala şəhərində keçirilən "International Series" kateqoriyalı "Uganda International 2020" turnirində iştirak edib.Mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/16 finalda Portuqaliya təmsilçisi Atilano Bernardoya 2:0 (22-20,21-15) hesabı ilə qalib gəlib.Badmintonçumuz 1/8 finalda çexiyalı Milan Ludiki 2:0 (21-17,21-9) hesabı ilə məğlub edib.Dviçayo yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Sen Çiraq üzərində 2:0 (21-13,21-15) hesablı qələbə qazanıb. Edi yarımfinalda Niluka Karunaratneyə 1:2 (21-23,21-10,14-21) hesabı ilə uduzub.Təmsilçimiz hesabına 1750 reytinq xalı yazdırıb.
Xəbərlər siyahısına qayıt