Dviçayo "YONEX Lithuanian International 2018" turnirinin 1/8 finalında!

Dviçayo "YONEX Lithuanian International 2018" turnirinin 1/8 finalında!
8 İyun 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Litvanın Kaunas şəhərində keçirilən "YONEX Lithuanian International 2018" turnirinin əsas mərhələsinə uğurlu start verib. Təmsilçimiz 1/16 finalda danimarkalı Rasmus Messerşmidtlə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən qarşılaşma Dviçayonun 2:1(14-21,21-15,21-4) hesablı qələbəsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, Rasmus Messerşmidt cari ilin mart ayında Portuqaliyada keçirilən ənənəvi beynəlxalq turnirin son qalibidir. Badmintonçumuz 1/8 finalda Ukrayna təmsilçisi Kirilo Leonovla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:20-də keçiriləcək.
Xəbərlər siyahısına qayıt