Dviçayo "YONEX Lithuanian International 2018" turnirində 1/4 final görüşünə çıxıb

Dviçayo "YONEX Lithuanian International 2018" turnirində 1/4 final görüşünə çıxıb
9 İyun 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Litvanın Kaunas şəhərində keçirilən "YONEX Lithuanian International 2018" turnirində mübarizəni başa vurub. 1/8 finalda ukraynalı Kirilo Leonov üzərində 2:0(21-10,21-19) hesablı qələbə qazanan Edi 1/4 finalda da Ukrayna təmsilçisi ilə üz-üzə gəlib. Bu dəfə badmintonçumuzun rəqibi Danilo Bosnyuk olub. Gərgin keçən görüş 3 set davam edib. Qarşılaşma Bosnyukun 2:1(21-16,19-21,21-9) hesablı qələbəsi ilə başa çatıb.
Xəbərlər siyahısına qayıt