Dviçayo "YONEX Latvia International 2018" beynəlxalq turnirinin əsas mərhələsində!

Dviçayo "YONEX Latvia International 2018" beynəlxalq turnirinin əsas mərhələsində!
1 İyun 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Latviyanın Yelqava şəhərində keçirilən "YONEX Latvia International 2018" turnirinin əsas mərhələsinə vəsiqə qazanıb. Dviçayo əsas mərhələyə yüksəlmək uğrunda görüşdə Almaniya təmsilçisi Mattias Kiklitzə 2:0 hesabı ilə qalib gəlib. Dviçayo əsas mərhələdə Finlandiya təmsilçisi Yonas Korhonenlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:10-da başlayacaq. Qeyd edək ki, ötən gün qoşa yarışlarda mübarizə aparan Səbuhi Hüseynov - Cahid Əlhəsənov cütü almaniyalı Mattias Kiklitz - Aaron Sonnenşeyn tandeminə 0:2 (11-21,19-21) hesabı ilə uduzub. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü də qoşa yarışlarda mübarizəni dayandırıb. Badmintonçularımız danimarkalı Emil Lauritzen - Mads Muurholm cütünə 0:2 (19-21,17-21) hesabı ilə uduzub
Xəbərlər siyahısına qayıt