Dviçayo "RSL Kharkiv International 2018" turnirinin yarımfinalına yüksəlib

Dviçayo "RSL Kharkiv International 2018" turnirinin yarımfinalına yüksəlib
1 Sentyabr 2018 г.
Ukraynanın Xarkov şəhərində keçirilən badminton üzrə "RSL Kharkiv International 2018" turnirində mübarizə davam edir. Kişilərin şəxsi yarışında 1/4 finala yüksələn Edi Reski Dviçayo bu mərhələdə Moldova təmsilçisi Kristian Savinlə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma Dviçayonun 2:1 (21-15, 19-21, 21-15) hesablı qələbəsi ilə başa çatıb. Badmintonçumuz "International Challenge" seriyalı turnirin yarımfinalına yüksəlməklə həm də nüfuzlu yarışın bürünc medalını təmin edib. Dviçayo 1/2 finalda danimarkalı Yoahim Perssonla qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt