Dviçayo "RSL Kharkiv International 2018" turnirində gümüş medal qazandı

Dviçayo "RSL Kharkiv International 2018" turnirində gümüş medal qazandı
2 Sentyabr 2018 г.
Bu gün Ukraynanın Xarkov şəhərində badminton üzrə "RSL Kharkiv International 2018" turnirində final görüşlərinə start verilib. "International Challenge" kateqoriyalı yarışın finalına yüksələn Edi Reski Dviçayo həlledici görüşdə Çex Respublikası təmsilçisi Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 (21-14,21-18) hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, turniri ikinci pilllədə başa vuran Edi Reski Dviçayo yarışın gümüş medalını qazanıb. Bu Azərbaycanın "International Challenge" kateqoriyalı turnirlərdə ilk medalıdır.
Xəbərlər siyahısına qayıt