Dviçayo reytinqdə 10 pillə irəlilədi

Dviçayo reytinqdə 10 pillə irəlilədi
13 Sentyabr 2018 г.
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. "Belarus International 2018" turnirində həm şəxsi, həm qoşa yarışlarda birinci olan Edi Reski Dviçayo siyahıda 10 pillə irəliləyib. Dviçayo hazırda reytinqdə 129-cu sıradadır. Badmintonçumuzun aktivində 13050 reytinq xalı var. Siyada 3 pillə irəliləyən, "Belarus International 2018" turnirinin qoşa yarışlarda qalibi Ezmi Qovimuramadhoni isə reytinqdə 283-cü yerdədir. Ezminin hesabındakı xalların sayı 4728-ə bərabərdir. Badmintonçularımız kişilərin qoşa reytinqində 21 pillə irəliləyiblər. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü hazırda reytinqdə 121-ci sıradadır. Təmsilçilərimizin hesabında 10520 reytinq xalı var.
Xəbərlər siyahısına qayıt