Dviçayo qələbələri sıralamaqda davam edir

Dviçayo qələbələri sıralamaqda davam edir
8 Sentyabr 2018 г.
Belarusun paytaxtı Minskdə "Belarus International 2018" turniri davam edir. Turnirin ikinci günündə mübarizəyə qoşulan Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni kişi badmintonçuların şəxsi yarışına əsas mərhələdən start verib. Təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 final mərhələsində qazaxıstanlı Dmitriy Panarin üzərində 2:0 (21-17,21-8) hesablı qələbə qazanıb. Növbəti mərhələdə finladiyalı Yonas Korhonenlə qarşılaşan Edi bu görüşdə də asanlıqla qələbə qazanıb. 2:0 (21-16, 21-11) Dviçayo 1/4 finalda Hindistan badmintonçusu Kiran Corcla qarşılaşacaq. Mübarizəyə əsas mərhələdən başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə Fransa təmsilçisi Leo Rossiyə 0:2 (17-21,11-21) hesabı ilə uduzub
Xəbərlər siyahısına qayıt