Dviçayo "Hellas Open 2018" turnirinin 1/4 finalında!

Dviçayo "Hellas Open 2018" turnirinin 1/4 finalında!
19 Oktyabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Yunanıstanın Xanya şəhərində keçirilən "Hellas Open 2018" turnirində çıxış edir. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçularımızdan Edi Reski Dviçayo "International Series" kateqoriyalı turnir çərçivəsində ilk görüşünü 1/16 finalda Danimarka təmsilçisi Martin Bundqaarda qarşı keçirib. 3 set davam edən qarşılaşma badmintonçumuzun 2:1 (19-21,21-13,21-11) hesablı qələbəsi ilə başa çatıb. Dviçayo 1/8 finalda serbiyalı Luka Miliçlə qarşılaşıb. Görüş badmintonçumuzun 2:0 (21-16,21-9) hesablı qələbəsi ilə yekunlaşıb. Edi 1/4 finalda turnirin bir nömrəli reytinq favoriti Polşa badmintonçusu Adrian Dziolko ilə üz-üzə gələcək. 1/16 finalda indoneziyalı Hermensah üzərində 2:1 (21-11,15-21,21-19) hesablı qələbə qazanan digər badmintonçumuz Ezmi Qovimuramadhoni Fransa təmsilçisi Leo Rossi ilə qarşılaşıb. Təmsilçimiz Rossiyə 0:2 (15-21, 24-26) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt