Dviçayo Beynəlxalq Badminton Federasiyasının reytinqində 22 pillə irəlilədi

Dviçayo Beynəlxalq Badminton Federasiyasının reytinqində 22 pillə irəlilədi
7 İyun 2018 г.
Beynəlxalq Badminton Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Badmintonçumuz Edi Reski Dviçayo cədvəldə 22 pillə irəliləyərək 290-cı yerdən 268-ci sıraya yüksəlib. Digər təmsilçimiz Ezmi Qovimuramadhoni də reytinqdə irəliləyənlər sırasındadır. 21 pillə irəliləyən Ezmi hazırda 485-ci yerdə qərarlaşıb. Təmsilçilərimizdən Səbuhi Hüseynov 653, Cahid Əlhəsənov 856, Murad Bayramov isə reytinqdə 1179-cu sıradadır.
Xəbərlər siyahısına qayıt