Dviçayo "Belarus International 2018" turnirinin yarımfinalında!

Dviçayo "Belarus International 2018" turnirinin yarımfinalında!
8 Sentyabr 2018 г.
Belarusun paytaxtı Minskdə badminton üzrə "Belarus International 2018" turniri davam edir. Turnirin 3-cü yarış günündə badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında növbəti görüşünü keçirib. Təmsilçimiz 1/4 final mərhələsində hindistanlı Kiran Corcla qarşılaşıb. Görüş badmintonçumuzun 2:0 (21-17, 21-18) hesablı qələbəsi ilə başa çatib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Edi 1/2 finalda Polşa təmsilçisi Mixal Roqalski ilə üz-üzə gələcək. Qeyd edək ki, Dviçayo daha öncə Roqalski ilə Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2018" turnirin 1/32 fnalında qarşılaşıb. Qarşılaşma badmintonçumuzun 2:0 (21-12, 21-9) qələbəsi ilə başa çatıb. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü qoşa yarışlarda da qələbə qazanıb. Badmintonçularımız israilli Şay Geffen - Yonatan Levit tandeminə 2:0 (21-17, 21-12) hesabı ilə qalib gəlib. Edi - Ezmi cütü kişilərin qoşa yarışlarının 1/4 final mərhələsində ukraynalı Mikola Martinenko - Danilo Şevçenko tandemi ilə üz-üzə gələcək.
Xəbərlər siyahısına qayıt