Dviçayo "Belarus International 2018" turnirinin finalında!

Dviçayo "Belarus International 2018" turnirinin finalında!
8 Sentyabr 2018 г.
Belarusun paytaxtı Minskdə badminton üzrə "Belarus International 2018" turniri davam edir. Turnirin 3-cü yarış günündə badmintonçumuz Edi Reski Dviçayo yarımfinalda polşalı Mixal Roqalski ilə qarşılaşıb. Yarışın bir nömrəli reytinq favoriti sayılan Roqalski ilə görüş Edi üçün çətin keçsə də, Dviçayo 2 setin tamamında qələbəni bayram edib. 2:0 (24-22,22-20) Badmintonçumuz finalda turnirin əsas mərhələsində digər təmsilçimiz Ezmi Qovimuramadhoniyə qalib gələn fransalı Leo Rossi ilə qarşılaşacaq. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü isə qoşa yarışlarda inamla irəliləyir. Badmintonçularımız 1/4 finalda Ukrayna təmsilçiləri Mikola Martinenko - Danilo Şevçenko tandeminə 2:0 (21-19,21-19) hesabı ilə qalib gəlib. 1/2 finala adlamaqla azı bürüncü təmin edən badmintonçularımız bu mərhələdə polşalı Aleksander Yablonski - Kristof Yakovçuk cütü ilə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt