Dviçayo 21 pillə irəlilədi

Dviçayo 21 pillə irəlilədi
12 İyul 2018 г.
Bu gün Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Badmintonçularımızdan Edi Reski Dviçayo yeni açıqlanan siyahıda 21 pillə irəliləyib. 239-cu sıradan 218-ci yerə yüksələn Dviçayonun aktivində 6880 reytinq xalı var. 39 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə reytinqdə 436-cı sıradadır. Ezminin hesabındakı reytinq xalının sayı 2458-ə bərabərdir. Badmintonçularımız 18-21 iyul tarixlərində Nigeriyanın Laqos şəhərində keçiriləcək "Lagos International 2018" turnrində çıxış edəcək.
Xəbərlər siyahısına qayıt