Dviçayo 1/4 finalda!

Dviçayo 1/4 finalda!
31 Avqust 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2018" turnirində növbəti görüşünü keçirib. Badmintonçumuz 1/8 finalda Bolqarıstan təmsilçisi Daniel Nikolovu 2:1 (20-22, 21-18, 21-18) hesabı ilə məğlub edib. Təmsilçimiz bu nəticə sayəsində "International Challenge" kateqoriyalı turnirin 1/4 finalına yüksəlib. Dviçayonun rəqibi 1/8 finalda digər badmintonçumuz Ezmi Qovimuramadhoniyə 2:0 (21-15, 24-22) hesabı ilə qalib gələn Moldova təmsilçisi Kristian Savin olacaq.
Xəbərlər siyahısına qayıt