Brayan Aqerbak: "Gələcəkdə Bakıda Avropa və ya dünya çempionatı keçirilə bilər"

Brayan Aqerbak: "Gələcəkdə Bakıda Avropa və ya dünya çempionatı keçirilə bilər"
28 Sentyabr 2018 г.
Avropa Badminton Konfederasiyasnın baş katibi Brayan Aqerbak 2019-cu il 6-9 iyun tarixlərində Bakıda keçiriləcək "Azerbaijan International 2019" turniri ilə bağlı Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə danışıb: "Növbəti il Bakıda keçiriləcək turnirdən gözləntilərimiz böyükdür. Mən ilk Avropa Oyunları zamanı Bakıda oldum. Azərbaycanın böyük və nüfuzlu idman tədbirlərini necə yüksək səviyyədə təşkil etdiyinin əyani şahidi oldum. Bu mənada böyük təcrübə və hazır idman infrastrukturu var. Avropa Oyunlarından da miras qalıb. Azərbaycan Badminton Federasiyası inkişaf edir və bu cür böyük idman yarışlarını təşkil etməyə hazır olduğunu düşünürəm. Avropa Oyunlarında qazanılan böyük təcrübə bu kimi idman tədbirlərinin təşkilində böyük rol oynayır. Düşünürəm ki, badminton üzrə beynəlxalq turnir də ən yüksək səviyyədə təşkil olunacaq. İnfrastruktur və böyük beynəlxalq təcrübəyə əsaslanaraq deyə biərəm ki, gələcəkdə Bakıda badminton üzrə Avropa və dünya çempionatı keçirilə bilər. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanda idmana böyük diqqət ayrılır. İlk Avropa Oyunlarından sonra azərbaycanlı badmintonçular beynəlxalq turnirlərdə yaxşı mübarizə aparırlar. Azərbaycan Badminton Federasiyası Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir. Ümumi əməkdaşlığa dostcasına töhfə verir. Azərbaycan Badminton Federasiyası Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram".
Xəbərlər siyahısına qayıt