"Botswana International 2018" turnirində Azərbaycan finalı baş tutub

"Botswana International 2018" turnirində Azərbaycan finalı baş tutub
25 Noyabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən "Botswana International 2018" turnirində 3 medal qazanıblar. İlk dəfə beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən 2:0 hesabı ilə qalib gəliblər.Edi yarımfinalda Misir badmintonçusu Adham Hatem Elcamalı 2:0 (21-7,21-14) hesabı ilə məğlub edib. Ezmi Qovimuramadhoni isə 1/2 finalda Bahaedin Əhməd Əlşanniki eyni hesabla (21-17,21-17) məğlub edib.Həlledici görüşdə Ezmini 2:0 (21-14,21-11) hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq gorülüb. Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən təmsilçilərimiz asanlıqla yarımfinala yüksəlib.Bu mərhələdə Zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 (21-14,21-14) hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub edib. 2:0 (21-9,21-19) Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa yarışda turnirin qalibi adını qazanıb.
Xəbərlər siyahısına qayıt