Bakıda "Coaching Education Level 1" kursları keçiriləcək

Bakıda "Coaching Education Level 1" kursları keçiriləcək
19 Dekabr 2018 г.
24-28 dekabr tarixlərində Bakıda "Coaching Education Level 1" məşqçilik kursları keçiriləcək. Beynəlxalq Badminton Federasiyasının məşqçilərin biliklərinin təkmilləşdirilməsi üzrə təhsil komitəsi məşqçilərə ən yüksək səviyyəyə qədər öyrətmə imkanları yaradır. Level 1 məşqçi kursları Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Badminton Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsinin, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Kurslarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər də iştirak edəcəkər. Kursların moderatoru Beynəlxalq Badminton Federasiyasının Qərbi Asiya üzrə inkişaf meneceri Murtuza Validarvidir. Kurslarda məşqçilər nəzəri və texniki biliklərə yiyələnəcəklər. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək Level 1 kurslarında iştirakçılara Milli Olimpiya Komitəsi tərəfindən sertifikat, kursları uğurla başa vuran məşqçilərə isə Beynəlxalq Badminton Federasiyasının Level 1 məşqçi sertifikatları təqdim olunacaq. Level 1 məşqçi kurslarının keçirilməsi məşqçilərimizin badminton biliklərinin təkmilləşdirilməsi və gələcək üçün badmintonçuların hazırlanmasında böyük rol oynayacaq.
Xəbərlər siyahısına qayıt