Bakı şəhər çempionatına yekun vurulub

Bakı şəhər çempionatına yekun vurulub
25 İyun 2019 г.
Bakı şəhəri 1 saylı İdman Liseyinin yeni istifadəyə verilmiş badminton zalında keçirilən Bakı şəhər çempionatına yekun vurulub. Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 kateqoriya üzrə 20 kişi,16 qadın badmintonçu iştirak edib.Şəxsi oyunlar qruplar arasında dairəvi sistem üzrə keçirilib.Qoşa görüşlər isə olimpiya sistemi üzrə oynanılıb.Şəxsi kişilər:1.Orxan Qələndərov,2.Səbuhi Hüseynov 3.Cahid Əlhəsənov.Şəxsi qadınlar:1.Nigar Əliyeva,2.Elnurə Cəfərova,3.Xavər Bayramova.Qoşa kişilər:1.Cahid Əlhəsənov-Səbuhi Hüseynov,2.Tural Rəsulov-Kərim Musayev,3.Aqil Qəbilov-Rəvan Niftəliyev.Qoşa qadınlar:1.Nərmin Şərifova-Nigar Əliyeva, 2.Nigar Səmədova-Anna Jeleznyak, 3.Elnurə Cəfərova-Həcər Nuriyeva.Qarışıq-qoşa:1.Elnurə Cəfərova-Səbuhi Hüseynov,2.Nigar Əliyeva-Rəvan Niftəliyev, 3.Anna Jeleznyak-Tural Rəsulov.İlk 3 yerin sahibləri diplom və medallarla təltif olunub.
Xəbərlər siyahısına qayıt