Badmintonçumuzun qələbə seriyası davam edir

Badmintonçumuzun qələbə seriyası davam edir
18 Aprel 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Malaziyanın Kuala-Lumpur şəhərində keçirilən "CELCOM AXIATA Malaysia International Challenge" turnirində uğurlu çıxışını davam etdirir. Təmsilçimiz bu dəfə malaziyalı Satesteran Ramaçandrana qalib gəlib. Gərgin keçən qarşılaşma 3 set davam edib. Yekunda 2:1 hesablı qələbəyə sevinən badmintonçumuz 1/8 finala yüksəlib.
Xəbərlər siyahısına qayıt