Badmintonçumuz "Uganda International 2019" turnirində bürünc medal qazandı

Badmintonçumuz "Uganda International 2019" turnirində bürünc medal qazandı
25 Fevral 2019 г.
Uqandanın paytaxtı Kampala şəhərində "Uganda International 2019" turnirinə yekun vurulub. Yarışda ölkəmizi Ezmi Qovimuramadhoni təmsil edib. Mübarizəyə əsas mərhələdən start verən təmsilçimiz ilk görüşdə Uqanda badmintonçusu Fred Kirabo üzərində 2:0 (21-11,21-13) hesablı qələbə qazanıb. Ezmi 1/8 finalda Misir təmsilçisi Adham Hatem Elcamala da 2:0 (21-19,21-18) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/4 finalda hindistanlı Siddhartla qarşılaşıb. Gərgin keçən qarşılaşma Ezminin 2:1 (20-22,21-17,21-6) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi bu mərhələdə Hindistan badmintonçusu Rahul Bharadvaja 1:2 (21-17,13-21,15-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt