Badmintonçumuz Portuqaliyada keçirilən beynəlxalq turnirin final mərhələsində ilk görüşünü keçirdi

Badmintonçumuz Portuqaliyada keçirilən beynəlxalq turnirin final mərhələsində ilk görüşünü keçirdi
9 Mart 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Portuqaliyada keçirilən 53-cü beynəlxalq turnirin final mərhələsində ilk görüşünü keçirib. Həlledici mərhələdə təmsilçimizin rəqibi danimarkalı badmintonçu Ditlev Jager Holm olub. Qarşılaşma iki set davam edib. İlk set rəqibinə 18:21 hesabı ilə uduzan Dviçayo, ikinci setdə 8:21 hesabı ilə məğlub olub. Xatırladaq ki, badmintonçumuz bir gün öncə baş tutan təsnifat mərhələsində ingiltərəli, hindistanlı və almaniyalı rəqiblərinə qalib gələrək, final mərhələsinə vəsiqə qazanmışdı.
Xəbərlər siyahısına qayıt