Badmintonçumuz Olimpiya Oyunlarının iştirakçısına qalib gəldi

Badmintonçumuz Olimpiya Oyunlarının iştirakçısına qalib gəldi
31 May 2018 г.
Badmintonçumuz Edi Reski Dviçayo Lativyanın Yelqava şəhərində keçirilən "YONEX Latvia International 2018" beynəlxalq turnirinə uğurlu start verib. Dviçayo 2012 və 2016-cı il yay olimpiya oyunlarının iştirakçısı İsveç təmsilçisi Henri Hurskaynenə 2:1 hesabı ilə qalib gəlib. Kişilərin şəxsi mübarizəsində çıxışını davam etdirən Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsi çərçivəsində keçirdiyi ikinci görüşdə ukraynalı Aleksandr Şmundyaka 1:2 hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt