Badmintonçumuz nüfuzlu turnirin yarımfinalında!

Badmintonçumuz nüfuzlu turnirin yarımfinalında!
7 Sentyabr 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirində yarımfinala yüksəlib.Mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/16 finlada Meksika badmintonçusu Lino Munyoza 2:1 (16-21,21-18,21-18)hesabı ilə qalib gəlib. Dviçayo növbəti mərhələdə kanadalı Sankirsi 2:1 (21-14,14-21,21-16) hesabı ilə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Toma Junior Popovla qarşılaşan Edi gərgin keçən görüşdə rəqibi üzərində 2:1(22-20,18-21,21-17) hesablı qələbə qazanıb. Badmintonçumuz "International Challenge" kateqoriyalı turnirin yarımfinalında İngiltərə idmançısı Tobi Penti ilə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt